İran Britaniya casuslarını ələ keçirdiyini açıqladı

İran Britaniya casuslarını ələ keçirdiyini açıqladı
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranda keçirilən hökumət əleyhinə etirazlar zamanı Britaniya kəşfiyyatı ilə əlaqədə olmaqda ittiham olunan 7 nəfərin həbs edildiyini açıqlayıb.
Bu barədə İran mətbuatı məlumat yayıb.
SEPAH-ın mətbuat xidməti iddia edir ki, həbs edilənlər Böyük Britaniyadan olan agentlərin rəhbərlik etdiyi Zaqros mütəşəkkil qrupunun üzvləridir. 
Qrupun İranda son iğtişaşlar zamanı təxribat fəaliyyətlərinə rəhbərlik etdiyi iddia edilir.
Qeyd edək ki, İranda etirazlar sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayıb. 
Gundelik-Baku.Org