İranın bu şəhərində küçə döyüşləri başladı, ölənlər var

İranın bu şəhərində küçə döyüşləri başladı, ölənlər var
İranda ümumxalq etirazlarının 78-ci günüdür.
Molla rejiminin etirazçılara qarşı şiddəti davam edir.
"MOUZE" teleqram kanalı bildirir ki, bu dəqiqələrdə SEPAH qüvvələri Cavanrud şəhərində nümayişçilərə birbaşa atəş açmağa başlayıb. Atəş nəticəsində ən azı 7 nəfərin öldüyü qeyd olunur.
Videodan görünür ki, Cavanrud aksiyalarının qurbanlarından ikisinin dəfn mərasimi keçirildikdən sonra İnqilab Keşikçiləri Korpusunun qüvvələri mitinq iştirakçılarını atəşə tutub. Bu şəhərdə keçirilən etirazlar zamanı SEPAH qüvvələri tərəfindən azı 7 nəfər həyatını itirib.

Gundelik-Baku.Org