İranda etirazlara qatılan azərbaycanlı məktəblilər həbs edildilər - FOTO

İranda etirazlara qatılan azərbaycanlı məktəblilər həbs edildilər - FOTO
İranın hökumət qüvvələri Binab şəhərində Cənubi azərbaycanlı üç məktəblini həbs ediblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məktəblilər Əşkan Cavidfər, Əli Vəliməhəmmədi və Araz Bədii molla rejiminin təhlükəsizlik orqanları tərəfindən saxlanılıblar.
Hələlik məktəblilərin hansı səbəbə görə tutulduğu və harada saxlanıldıqları barədə məlumat verilmir.
Xatırladaq ki, İran rejimi ölkədə kütləvi etirazlar başlayandan bir neçə məktəblini güllələyib və çox sayda şagirdi həbs edib.

 
Gundelik-Baku.Org