Rusiyada Şaxta babanın xəz paltosu və əsası oğurlandı

Rusiyada Şaxta babanın xəz paltosu və əsası oğurlandı
Sankt-Peterburqda naməlum şəxs Şaxta baba obrazını canlandıran aktyorun avtomobilindən kostyum və əsasını oğurlayıb.
Aktyor hüquq-mühafizə orqanlarına müraciət edib.
Zərərçəkmiş bildirib ki, işə gedərkən ərzaq mağazasında dayanıb. Ərzaq almaq bir neçə dəqiqə çəkib, lakin qayıdandan sonra Şaxta babanın kostyumunun və əsasının maşında olmadığını görüb.
Hüquq-mühafizə orqanları hazırda şübhəliləri müəyyənləşdirir və itmiş əşyaları axtarırlar.
Mənbə: gazeta.ru
Gundelik-Baku.Org