Şaxta baba Britaniya kral iqamətgahındakı şam ağacını bəzəyib

Şaxta baba Britaniya kral iqamətgahındakı şam ağacını bəzəyib
Britaniyada kraliça-konsort Kamilla öz iqamətgahı Klarens Hausda Şaxta baba və onun maralılarından birinin iştirak etdiyi ziyafət təşkil edib.
Tədbir ölümcül xəstələrə yardımla məşğul olan xeyriyyə təşkilatları - Roald Dal Fondu, eləcə də Helen və Duqlas Evi üçün təşkil olunub. Gecəyə uşaqların özləri və yaxınları dəvət edilib.
Kraliça-konsort qonaqlar üçün iqamətgahda ekskursiya təşkil edib.
Tədbirdə uşaqlar üçün xüsusi şirniyyatlar hazırlanıb.
Şaxta baba uşaqlarla birlikdə iqamətgahın kitabxanasındakı şam ağacını bəzəyib.
Mənbə: gazeta.ru
Gundelik-Baku.Org