Həftə sonu üçün HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU
Yaxın üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, dekabrın 9, 10 və 11-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. 
Onun sözlərinə görə, bəzi yerlərdə hava şəraitinin çiskinli və yağıntılı olması gözlənilir:
“Şimal-şərq küləyi əsəcək, havanın temperaturu 5-9 dərəcə isti olacaq. Lakin şərq rayonlarında hava yağıntılı olacaq. Havanın temperaturu 7-10 dərəcə isti, dağlıq ərazilərdə isə 0-4 dərəcə şaxta olacaq”.
Gundelik-Baku.Org