Bu ölkədə dövlət çevrilişi cəhdinin qarşısı alındı

Bu ölkədə dövlət çevrilişi cəhdinin qarşısı alındı
Qərbi Afrika ölkələrindən biri olan Qambiyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb, 4 əsgər saxlanılıb.
Bu barədə Qambiya hökumətinin sözçüsü Ebrima Sankareh məlumat yayıb. 
Onun sözlərinə görə,  prezident Adama Barrounun administrasiyasını devirmək üçün çevriliş cəhdinin qarşısı alınıb.
Vəziyyətin nəzarət altında olduğunu vurğulayan Sankareh ictimaiyyətə və xarici missiya nümayəndələrinə sakit olmağa çağırıb.
Gundelik-Baku.Org