"Bizim ordu üçün heç bir maliyyə məhdudiyyətimiz yoxdur" - Putin

"Bizim ordu üçün heç bir maliyyə məhdudiyyətimiz yoxdur" - Putin
"Biz nüvə qüvvələrimizin döyüş hazırlığını yaxşılaşdırmalıyıq". 
Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində açıqlamasında deyib. 
NATO-nun demək olar ki, bütün əsas ölkələrinin silahlarının Rusiyaya qarşı istifadə edildiyinə diqqət çəkən Putin, "Rusiya hərbi potensialını artıracaq. Ordumuz böyük təcrübə qazanıb. NATO təcrübəsini təhlil etməlisiniz", - deyib. 
Həmçinin, Putin qitələrarası “Sarmat” raketinin yaxın gələcəkdə döyüş növbətçiliyinə hazır olacağını açıqlayıb.
"Ukrayna əməliyyatı pilotsuz təyyarələrin vacibliyini göstərdi. Biz strateji qüvvələri müasir silahlarla təchiz edəcəyik, bütün planlar reallaşacaq. Orduya lazım olan hər şeyi vermək üçün bizim heç bir maliyyə məhdudiyyətimiz yoxdur", - Putin bildirib.
Gundelik-Baku.Org