Ermənilər bu dəfə Allahşükür Paşazadəyə müraciət göndərdi

Ermənilər bu dəfə Allahşükür Paşazadəyə müraciət göndərdi
Bütün ermənilərin katolikosu ikinci Qaregin Laçın dəhlizinin bağlanması səbəbindən beynəlxalq və kilsələrarası təşkilatlara, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadəyə müraciət göndərib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat dərc olunub. 
Onlar Allahşükür Paşazadəni azərbaycanlı QHT nümayəndələrinin və ekofəalların haqlı etirazlarını dayandırmaları üçün müvafiq addımlar atmağa çağırıb. 
Gundelik-Baku.Org