Rusiya XİN-dən Laçın dəhlizi ilə bağlı AÇIQLAMA

Rusiya XİN-dən Laçın dəhlizi ilə bağlı AÇIQLAMA
Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır, orada tamhüquqlu nəqliyyat əlaqələrinin yaxın gələcəkdə bərpa olunacağını gözləyir. 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz Laçın dəhlizinin bağlanmasından narahatıq, buna tərəflər arasında filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqları səbəb olub. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlər ərzində vəziyyətin deeskalasiyası üçün fəal iş aparır. Biz yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqələrini bərpa etməyi səbirsizliklə gözləyirik", - Zaxarova brifinqdə deyib.
Gundelik-Baku.Org