Qazaxıstan Rusiya ilə sərhədləri bağlayıb?

Qazaxıstan Rusiya ilə sərhədləri bağlayıb?
Qazaxıstanın Rusiya Federasiyası ilə sərhədindəki keçid məntəqələri normal işləyir, Rusiya tərəfdən keçid məntəqələrinin bağlanması barədə məlumat daxil olmayıb.
TASS xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
"Sosial şəbəkələrdə Qazaxıstan-Rusiya sərhədindəki keçid məntəqələrinin guya bağlanması ilə bağlı məlumatlar yayılır. Nəzərinizə çatdırırıq ki, Qazaxıstanın bütün keçid məntəqələri normal rejimdə işləyir", - deyə qeyd olunub.
Nazirlik qeyd edib ki, şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və malların dövlət sərhədindən keçirilməsi Qazaxıstan Respublikasının qanunvericiliyinə və beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
Gundelik-Baku.Org