Türkiyə lideri nə qədər maaş alır?

Türkiyə lideri nə qədər maaş alır?
Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı vitse-prezident Fuat Oktay bəzi açıqlamalar verib. 
Haberler.com xəbər ki, Prezident Ərdoğanın maaşı ilə bağlı sualı cavablandıran Oktay, "2022-ci ilin ikinci yarısında və 2023-cü il üçün ayırmalarda artım olmayıb. 2022-ci il büdcəsində prezidentimizin aylıq maaşı cəmi 66 min 445 TL-dir (6 min 60 azn). Bu tarixdən bəri Prezidentimizin maaşında heç bir artım olmayıb", - deyə bildirib. 
Çıxışlardan sonra Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Cumhurbaşkanlığı və ona bağlı qurumların 2023-cü il büdcəsi qəbul edilib.
Gundelik-Baku.Org