Türkiyədə 2023-cü il seçkilərinin təqvimi açıqlandı

Türkiyədə 2023-cü il seçkilərinin təqvimi açıqlandı
Türkiyədə 2023-cü ilin iyun ayında keçirilməli olan prezident və parlament seçkilərinin təqvimi barədə bəzi məqamlar bəlli olub.
Məlumata görə, seçki iyunun 18-də keçirilərsə, seçki təqvimi aprelin 24-də başlayacaq. Prezident seçkisinə namizədlər də may ayında müəyyənləşəcəklər.
Seçki prosesi yaxınlaşdıqca ən çox müzakirə edilən məsələlərdən biri də seçkilərin 2023-cü ilin mayında keçirilib-keçirilməməsidir. Ədalət və İnkişaf Partiyası imtahanlar, məktəblər və yay tətili səbəbilə seçkilərin may ayında keçirilməsini məqbul hesab edir. Lakin müxalifət bu tarixi dəstəkləməyəcəyi ilə bağlı bəyanat verib.
Türkiyə Böyük Millət Məclisində seçki qərarı 360 səslə qəbul edilməlidir. Əgər müxalifətə dəstək verilməzsə, prezidentin öz səlahiyyətlərindən istifadə edərək seçkiləri önə çəkəcəyi gözlənilir. Bu qərar ən geci 13 mart tarixinə qədər qəbul edilməli və rəsmi qəzetdə dərc edilməlidir.
Mənbə: Haber Global
Gundelik-Baku.Org