Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi açıqlandı

Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi açıqlandı
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop prezident Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini açıqlayıb. 
Bu barədə dekabrın 28-də "Star" qəzeti məlumat yayıb. 
Onun sözlərinə görə, siyasətçi Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə mükafatlandırıla bilər.
Məlumata görə, siyasətçinin namizədliyini başqa ölkələr də elan edəcək.
Gundelik-Baku.Org