Rusiya 200 kanadalını qara siyahıya saldı

Rusiya 200 kanadalını qara siyahıya saldı
Rusiya rəsmi Ottavanın sanksiyalarına cavab olaraq Rusiya Federasiyasına girişi qadağan olunmuş 200 Kanada vətəndaşını qara siyahıya salıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 
“Rəsmi Ottavanın Rusiya rəsmilərinə, hərbi qulluqçularına, hakimlərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və ictimai xadimlərə qarşı tətbiq etdiyi şəxsi sanksiyalara cavab olaraq, 200 Kanada vətəndaşının girişi qarşılıqlılıq əsasında bağlanıb”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 
Gundelik-Baku.Org