"3 milyonluq üzük saxta ola bilərmi?!" - Hadisənin keçmiş əri

"3 milyonluq üzük saxta ola bilərmi?!" - Hadisənin keçmiş əri
Hadisədən boşanan Mehmet Dinçerler həyat yoldaşına hədiyyə etdiyi 3 milyon lirəlik üzüyün saxta olması iddiasına ilk dəfə cavab verib.
"Ulduzlu Söhbətlər" verilişinin ilk buraxılışında Funda Karayelin qonağı olan iş adamı mövzu ilə bağlı bunları deyib:
“Üzük saxta deyil, belə bir şey ola bilərmi? Bu, münasibətləri korlamaq üçün edilən bir şey idi. Danışmağa cəsarət etmədim, çünki nə desəm artıq tərsinə yazılmışdı.  Xoşbəxt evlilik olanda üzüyün dəyərindən danışmaq gülüncdür".
“Boşandıqdan sonra  tozsoranı və gümüş nimçəni geri almısan” sualını cavablandıran Mehmet “Həyatımda heç vaxt xırda şeylərin dalınca qaçan biri olmamışam. Biz maddi və mal arxasınca gedən bir münasibət yaşamadıq”,- deyə vurğulayıb.
Gundelik-Baku.Org