Alimlərdən qorxulu xəbərdarlıq – Pandemiyadan sonra sürətlə qocalırıq

Alimlərdən qorxulu xəbərdarlıq – Pandemiyadan sonra sürətlə qocalırıq
Stenford Universitetinin alimlərinin apardığı tədqiqatların nəticəsi qorxu yaradıb.
Xarici mətbuat xəbər verir ki, COVİD-19 pandemiyasından sonra yeniyetmələrin beyni sürətlə qocalır. 
Alimlər bildiriblər ki, beyinlərinin maqnit rezonans tomoqrafiya şəkilləri araşdırılmış 81 yeniyetmə yaşıdlarına nisbətən 3 yaş daha “qocalırlar”. İştirakçıların psixoloji vəziyyətində də anormallıq müşahidə olunub. Onlar həyəcan və depressiyadan şikayət ediblər.
Alimlərin fikrincə, pandemiyadan sonra  ümumilikdə insanlarda sürətlə yaşlanma əlamətləri görünməyə başlayıb.
Gundelik-Baku.Org