Kofenin daha bir faydası AÇIQLANDI

Kofenin daha bir faydası AÇIQLANDI
Taylandlı alimlər apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, iş yaddaşını yaxşılaşdırmaq üçün kiçik bir doza kofein kifayətdir.
Xarici mətbuat xəbər verir ki, təcrübədə 25 kişi iştirak edib. 
Məlum olub ki, kofein qəbul etdikdən 30 dəqiqə sonra beyində alfa dalğalarının fəaliyyəti ləngiyib, koqnitiv funksiyalar, yəni əl-gözün işlənməsi sürəti, iş yaddaşı və diqqəti yaxşılaşıb, yuxululuq aradan qalxıb.
Gundelik-Baku.Org