Van gölü sürətlə qurumağa başlayıb

Van gölü sürətlə qurumağa başlayıb
Türkiyə ərazisində yerləşən Van gölünün su ehtiyatları son illərdə sürətlə azalmağa başlayıb.
Mütəxəssislər ekoloji problemin yağıntıların azalması və buxarlanmanın artması səbəbindən meydana gəldiyini bildiriblər.
Van gölünün bir çox nöqtəsində vaxtilə su altında qalan yerlər indi görünməyə başlayıb.
Məlumat üçün qeyd edək ki, Van gölü Türkiyənin ən böyük gölü olmaqla yanaşı, dünyanın ən böyük mineral sodalı gölü hesab olunur.
Mənbə: DHA

Gundelik-Baku.Org