"İran Britaniya vətəndaşlarını öldürməyə cəhd edib"

"İran Britaniya vətəndaşlarını öldürməyə cəhd edib"
"Bu il İran kəşfiyyatı rejimin təhlükə olaraq gördüyü Britaniya vətəndaşlarını qaçırmaq və hətta öldürmək üçün azı 10 cəhd edib". 
Bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyatının rəhbəri Ken Makkallum deyib
Britaniyanın üzləşdiyi təhlükələrlə bağlı illik qiymətləndirmə çıxışında Makkallum İrana xəbərdarlıq edib.
Onun sözlərinə görə,  İranda Məhsa Əminin ölməsindən sonra başlayan etiraz dalğası rejimi "tənqidçiləri susdurmaq üçün zorakılıq tətbiq etməyə" sövq edib.
"İran aqressiv kəşfiyyat xidmətləri vasitəsilə Britaniyaya birbaşa təhdid yaradır. Ən kəskin halda bu, rejimin düşmənləri kimi qəbul edilən Britaniya və ya Böyük Britaniyada yaşayan şəxsləri qaçırmaq və hətta öldürmək ambisiyalarını da əhatə edir. O vaxtdan bəri biz bu tip ən azı 10 potensial təhlükəni görmüşük". 
İrandakı hazırkı etiraz dalğasının totalitar rejimlə bağlı fundamental suallar doğurduğunu qeyd edən Makkallum, "Bu, böyük bir dəyişikliyə işarə edə bilər, lakin trayektoriya qeyri-müəyyəndir", - deyə  qiymətləndirmə edib.  
Gundelik-Baku.Org