Uşaqlıq kumiri ilə görüşdü

Uşaqlıq kumiri ilə görüşdü
“Altın Kelebek”də Azərbaycanın ən parlaq ulduzu seçilən Nazryn mükafatı alarkən ustad aktrisa Nevra Serezli barədə danışıb. 
İfaçı bir zamanlar Kanal D-də yayımlanan “Sihirli Annem” serialına hər zaman böyük maraqla baxdığını və zalda sevimli layihəsinin baş qəhrəmanlarından biri, aktrisa Nevra Serezlini görə bildiyinə görə xoşbəxt olduğunu bildirib. 
Müğənni tədbirdən sonra N.Serezli ilə ünsiyyət qura bilib. O, aktrisa ilə fotosunu instaqramda yerləşdirərək bu sözləri yazıb: “Sevincimi izah edə bilmərəm”. 
Qeyd edək ki, “Sihirli Annem” ailə komediya serialı 2003-2012-ci illər arasında yayımlanıb.  Nevra Serezli sözügedən layihədə ikonik Dudu pəri obrazını canlandırıb. 

Gundelik-Baku.Org