ABŞ Polşaya 700-ə yaxın döyüş maşını verdi

ABŞ Polşaya 700-ə yaxın döyüş maşını verdi
ABŞ Polşaya 700-ə yaxın döyüş maşını, o cümlədən Abrams tankları təhvil verib.
Bu barədə "Wyborcza" qəzeti məlumat yayıb. 
"Qdinya limanında ABŞ ordusunun 1-ci piyada diviziyası üçün hərbi texnika boşaldılır. Maşınlar arasında "M1 Abrams" tankları da var. "İntegrity" gəmisinin göyərtəsində 700-ə yaxın müxtəlif tipli texnika, o cümlədən M1A2 Abrams tankları gəlib", - məlumatda deyilir.
Bildirilib ki, bu qədər amerikan hərbi texnikasının Polşaya gəlişi "Atlantic Resolve" proqramının icrası çərçivəsində baş verir. O, 2014-cü ildə başlayıb və Amerikanın Avropadakı mövcudluğunu gücləndirməyə yönəlib. Əməliyyat çərçivəsində ABŞ ordusunun bəzi hissələri Avropaya NATO-nun şərq cinahında yerləşən ölkələrində yerləşdirilən ayrıca bölmələr göndərir. 
Gundelik-Baku.Org