İsrail-Fələstin gərginliyi artır: 3 NƏFƏR ÖLDÜ

İsrail-Fələstin gərginliyi artır: 3 NƏFƏR ÖLDÜ
İşğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə saatlarında İsrail əsgərləri tərəfindən öldürülən fələstinlilərin sayı 3-ə yüksəlib. Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, 21 yaşlı Cavad və 22 yaşlı Zafir Əbdürrəhman Əbdülcavad Rimavi qardaşları, İsrail əsgərlərinin Fələstin bölgəsində baş verən hadisələrdə açdığı atəş nəticəsində həyatını itirib. Nazirliyin əvvəlki açıqlamasında İsrail əsgərlərinin gülləsi ilə başından ağır yaralanan fələstinli Müfid Məhəmməd Mahmud Xəlilin (44) Hebron şəhəri yaxınlığındakı Beyt Ammer qəsəbəsində həyatını itirdiyi bildirilmişdi.
Gundelik-Baku.Org