“Google” Rusiyanı ən populyar sorğular layihəsindən kənarlaşdırdı

“Google” Rusiyanı ən populyar sorğular layihəsindən kənarlaşdırdı
ABŞ-nin “Google” şirkəti Rusiyanı “İl boyu axtarış” layihəsinin əhatə etdiyi ölkələr siyahısından çıxarıb.
 Bu barədə bazar ertəsi şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Google” layihə çərçivəsində 2016-cı ildən Rusiyada ən populyar sorğuları işıqlandırır. İlin yekunlarını əks etdirən son video 2021-ci ilin dekabrında yayımlanıb.
Həmçinin “Google”un Banqladeş, Belarus, Bolqarıstan, Qazaxıstan, Çin, Latviya, Serbiya, Suriya, Sloveniya, Xorvatiya, Estoniya, Uqanda və s. bu kimi ölkələr üzrə də ilin yekunlarını hazırlamır.
Mənbə: TASS
Gundelik-Baku.Org