Ərdoğan İndoneziyaya gedəcək

Ərdoğan İndoneziyaya gedəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15-16 Noyabr 2022-ci il tarixlərində Bali adasında keçiriləcək G20 Liderlərinin 17-ci Zirvə toplantısında iştirak etmək üçün İndoneziya Respublikasına gedəcək.
Türkiyə KİV xəbər verir ki, sammit çərçivəsində G20 liderləri "Ərzaq və Enerji Təhlükəsizliyi", "Sağlamlıq" və "Rəqəmsal Transformasiya" adlı üç sessiyada fikir mübadiləsi aparacaqlar.
Prezident Ərdoğan sammit çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşlər keçirəcək və zirvədən əvvəl 14 noyabr bazar ertəsi İndoneziya prezidenti Coko Vidodo ilə də geniş ikitərəfli görüş keçirəcək.
Gundelik-Baku.Org