Dünya liderlərinin toplaşdığı Bali adası belə QORUNUR

Dünya liderlərinin toplaşdığı Bali adası belə QORUNUR
Dünyanın ən güclü dövlətlərinin liderləri sabah İndoneziyanın məşhur tətil adası Balidə bir araya gələcək. Sammit Rusiya prezidenti Vladimir Putin,  Meksika və Braziliya liderlərinin iştirakı olmadan baş tutacaq.  
CNN xəbər verir ki,  "G-20"yə üzv olan 17 ölkənin liderləri qlobal böhranların həlli yollarını axtarmaq üçün bir masa ətrafına toplaşacaqlar. Adada 20 ölkədən nümayəndələr, həmçinin BMT və FİFA kimi beynəlxalq təşkilatların nümayəndələri də olacaq.
"Tanrılar Adası" olaraq da tanınan Balidə sıx təhlükəsizlik tədbirləri görülüb. Hazırlıqlara yerində nəzarət edən İndoneziya prezidenti Coko Vidodo: “Mən hər şeyi ən xırda detallarına qədər öyrənmişəm. Biz qonaqlarımızı qarşılamağa hazırıq”, - deyə o bildirib.
Belə ki, qonaqların təhlükəsizliyi üçün 18 min əsgər və polis cəlb edilib. 12 döyüş gəmisi və 13 helikopteradanı hər an təqib edəcək. Bundan əlavə, ikisi F-16 olmaqla dörd döyüş təyyarəsi və bir "Boeing" kəşfiyyat təyyarəsi dayanmadan fəaliyyət göstərəcək. Bundan əlavə, təxliyyə tələb olunan tibbi təcili yardım zamanı hərbi yük təyyarəsi hazır vəziyyətdə saxlanılacaq. Görüşlərin keçiriləcəyi və qonaqların qalacağı 24 otel 1700 təhlükəsizlik kamerası ilə izləniləcək. Digər tərəfdən İndoneziya rəsmiləri də Çin və ABŞ nümayəndə heyətləri ilə xüsusi kəşfiyyat məlumatlarını paylaşdıqlarını açıqlayıblar.
Səlahiyyətlilər həmçinin sammit üçün sunami təhlükəsi ilə bağlı xüsusi tədbirlər görüblər. Təkcə təbii fəlakət zamanı evakuasiyanı əlaqələndirmək üçün 1500 nəfər təyin edilib. Bundan əlavə, ordu belə vəziyyətlərdə istifadə oluna biləcək xilasetmə maşınları hazırlayıb. Bali vulkanik hərəkətlərin intensiv olduğu "Od halqası"nda yerləşir. 2004-cü ildə baş verən zəlzələ təkcə İndoneziyada 170.000 insanın ölümünə səbəb olub. 
Bali səlahiyyətliləri sammit zamanı dini və ənənəvi mərasimlər də daxil olmaqla bütün toplantıları qadağan edib. Müxtəlif tanrılara həsr olunmuş çoxlu məbədlərə ev sahibliyi etdiyi üçün “Tanrılar adası” da adlandırılan Balidə dinin gündəlik həyatda mühüm yeri var. İctimaiyyətə görüşlər bitənə qədər evdən işləmək və təhsili distant rejimdə davam etdirmək tövsiyə olunub.
Gundelik-Baku.Org