Ərdoğanla Berdiməhəmmədov görüşdü

Ərdoğanla Berdiməhəmmədov görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov arasında görüş olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Görüş Türkmənistanının Avaza rayonunda keçirilib.
R.T.Ərdoğan, həmçinin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Xatırladaq ki, bu gün Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədovun iştirakı ilə Birinci Üçtərəfli Zirvə Görüş keçiriləcək.
Görüşdən sonra sənədlərin imzalanması gözlənilir.
Gundelik-Baku.Org