Ermənistanda daha bir hərbçi ÖLDÜ

Ermənistanda daha bir hərbçi ÖLDÜ
Ermənistanın Vardenis bölgəsindəki N saylı hərbi hissənin zabiti yol qəzasında ölüb. 
Bu barədə erməni KİV məlumat yayıb. 
Hərbçinin Qeqarkunik bölgəsinin Tsapatağ kəndi yaxınlığındakı qəzada öldüyü deyilir. 
N.Qriqoryanın ölüm şəraiti aydınlaşdırılır. Onun meyiti avtomobildən təxminən 4 m aralıda tapılıb.
Qeyd edək ki, Ermənistan ordusunun 2 zabiti bundan bir gün əvvəl güllələnərək öldürülmüşdü.
Gundelik-Baku.Org