Ermənistanda ölən hərbçilərin valideynləri aksiya keçirir

Ermənistanda ölən hərbçilərin valideynləri aksiya keçirir
Ermənistanın paytaxtı İrəvanda hökumət binasının qarşısında aksiya keçirilir.
Bu barədə Erməni KİV-ləri məlumat yayıb. 
Bildirilir ki, aksiyaya toplaşanlar Qeqarkunik rayonunun Azat kəndi ərazisində baş vermiş faciəvi yanğında həlak olan hərbçilərin valideynləridir.
Qeyd edək ki, yanvarın 19-da Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında yanğın baş verib və nəticədə 15  hərbçi ölüb.
Gundelik-Baku.Org