Kabildə məscid yaxınlığında partlayış baş verib

Kabildə məscid yaxınlığında partlayış baş verib
Əfqanıstanın paytaxtı Kabildə bu gün səhər məscid yaxınlığında partlayış baş verib.

Bu barədə “Aamaj News” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 9-da Kabilin Aluxilo rayonunda mikroavtobus partladılıb, nəticədə 3 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.
Gundelik-Baku.Org