Kabildə partlayış oldu

Kabildə partlayış oldu
Bazar ertəsi Kabildə partlayış baş verib, ən azı iki nəfər həlak olub.
Bu barədə Emergency Beynəlxalq Tibb Təşkilatı Tvitter-də xəbər verib.
Məlumata görə, həmçinin ən azı 12 nəfər xəstəxanaya yerləşdirilib, onların arasında uşaq da var. Hadisə Xarici İşlər Nazirliyinin binasının yaxınlığında baş verib.
"Taliban" hərəkatının təyin etdiyi yerli administrasiya nümayəndələri Kabildəki partlayışa dair məlumatı hələ ki şərh etməyiblər.
Gundelik-Baku.Org