Yuxuda evinin altında xəzinə olduğunu görən 71 yaşlı təqaüdçü qazdığı quyuda öldü - FOTO

Yuxuda evinin altında xəzinə olduğunu görən 71 yaşlı təqaüdçü qazdığı quyuda öldü - FOTO
Braziliyada 71 yaşlı təqaüdçü yuxusunda evinin altına xəzinə basdırıldığını görüb.
Xarici mətbuat xəbər veror ki, o, daha sonra mətbəx döşəməsinin altında qazdığı 40 metr dərinlikdəki quyuya düşərək ölüb.

Belə ki, Joao Pimenta da Silva adlı şəxs mətbəxinin döşəməsində təxminən 40 metr dərinlikdə quyu qazıb. Silva quyuya enərkən yelləncək sayağı oturacağının kəndiri qopduğu üçün quyuya düşüb və həyatını itirib.
Qonşuların dediyinə görə, qoca yuxuda birinin ona evinin altındakı ərazidə qızıl basdırıldığını söylədikdən sonra orada xəzinə olduğuna inanmağa başlayıb.

Arnaldo da Silva adlı qonşu bildirib ki, Joao çuxur qazmağa bir ildən çox vaxt sərf edib:
“Qazıntı işləri üçün çoxlu adam işə götürdü. Çuxur hələ dayaz olanda gündə 70 Braziliya realı (11,30 funt sterlinq) ödəməyə başladı, lakin dərinlik nə qədər artdısa, qazmaq üçün ödədiyi məbləğ də artırdı. Çuxurun qazılması prosesi zamanı Joaonun böyük və çətin çıxarılan daşa çatdığı və dinamit əldə etməyə çalışdığı barədə şayiələr var idi”.
Qeyd edək ki, qızıl axtaran şəxsin ölümünə səbəb olan faciə yanvarın 5-də baş verib. Qocanın quyuya düşməsindən sonra evə gələn xilasetmə qrupları quyuya enərkən qocanın cəsədini tapıblar. Məlumata görə, quyudan su və lil çıxarma prosesini başa vuran qoca quyudan çıxmaq istəyərkən üstündə oturduğu yelləncək stulunun kəndiri qopub və yaşlı yıxılaraq ölüb.
Gundelik-Baku.Org