17 yaşlı oğlan qonşu ailənin 4 üzvünü öldürməkdə günahlandırılıb

17 yaşlı oğlan qonşu ailənin 4 üzvünü öldürməkdə günahlandırılıb
ABŞ-nin Kaliforniya ştatında qonşu ailədən 4 nəfəri öldürməkdə təqsirləndirilən 17 yaşlı gəncin həbsinin davam etdirilməsi qərara alınıb.
"The Fresno Bee" qəzeti xəbər verir ki, Kaliforniya ştatının Fresno şəhərinin cənub-qərbində yerləşən Ridli şəhərinin yetkinlik yaşına çatmayanlar üzrə məhkəməsində hakim qarşısına çıxan təqsirkar ona qarşı irəli sürülən ittihamları rədd edib.
Hakim tərəfindən həbs-qətimkan tədbirinin davam etdirilməsi ilə bağlı qərar çıxarılan cinayətkarın 25 yaşına qədər islah müəssisəsində saxlanacağı gözlənilir.
Polis öldürülən 4 nəfərdən 3-nün cəsədinin qurbanların evlərinin arxasındakı bağda, digərinin isə R.İ.-nin evinin qarajında basdırıldığını açıqlayıb.
Polis qurbanların evində silah və pul olan seyfin zorla açılaraq boşaldıldığını və bunun qətl üçün mümkün motiv ola biləcəyini açıqlayıb.
Gundelik-Baku.Org