Yuxuda Zelenskini gördü, başına OYUN GƏLDİ

Yuxuda Zelenskini gördü, başına OYUN GƏLDİ
Rusiyalı kişi ordunu nüfuzdan salmaq maddəsi ilə təqsirli bilinib.
Yerli media bildirir ki, Çita Mərkəzi Dairə Məhkəməsində Ukrayna prezidenti Vladimir Zelenskini yuxuda görən şəxsin prosesi keçirilib.
Məlumata görə, Çita sakini İvan Losev rus ordusu haqqında saxtakarlığa görə 30 min rubl cərimə olunub. Losev İnstaqramda hekayələr yerləşdirib və orada Ukrayna liderini xəyal etdiyini bildirib.
O, yuxuda səfərbər olunduğunu, Ukrayna hərbçiləri və prezident Vladimir Zelenskinin səfərbər olanların təlim mərkəzinə basqın etdiklərini görüb.
Gundelik-Baku.Org