Son 4 ayda Ukrayna MN-də 262 milyon dollarlıq qanun pozuntusu aşkarlanıb

Son 4 ayda Ukrayna MN-də 262 milyon dollarlıq qanun pozuntusu aşkarlanıb
Ukrayna Müdafiə Nazirliyinin son dörd ayda apardığı daxili audit 10 milyard qrivnadan (262 milyon dollar) çox qanun pozuntusunu aşkarlayıb.

Bu barədə ölkənin müdafiə naziri Rustem Umerov deyib.

O bildirib ki, nazirlik bütün qanun pozuntularına sərt reaksiya verir.

R.Umerov söyləyib ki, bu neqativ hallara qarşı cinayət işləri açılacaq, həbslər olacaq.
Gundelik-Baku.Org