Ukraynaya 20 milyard avroluq yardım müzakirə edilir

Ukraynaya 20 milyard avroluq yardım müzakirə edilir
Avropa İttifaqı (Aİ) Ukraynaya 20 milyard avro məbləğində maliyyə yardımını nəzərdən keçirir.
Bu barədə "Financial Times" qəzeti yazıb.
Məlumata görə, Macarıstanın baş naziri Viktor Orban növbəti dörd il ərzində Kiyevə 50 milyard avro ayırmağı əngəllədikdən sonra Ukraynaya maliyyə dəstəyinin yeni variantlarının nəzərdən keçirilməsi zəruri olub.
Yeni plan Aİ üzvlərinin icma büdcəsi qarşısında öhdəlikləri öz üzərinə götürməsini nəzərdə tutur ki, bunun sayəsində Avropa Komissiyası (AK) Kiyev üçün 20 milyard avro borc ala biləcək. 
Gundelik-Baku.Org