Rusiya Ukraynada ikinci cəbhə açmağa çalışır

Rusiya Ukraynada ikinci cəbhə açmağa çalışır
Rusiya kifayət qədər böyük və yaxşı silahlanmış qruplaşma təşkil edərsə, Ukraynanın şimalında ikinci cəbhə açmağa cəhd edə bilər.
Xarici KİV xəbər verir ki, bu barədə ukraynalı ekspert Oleq Jdanov deyib.
O bildirib ki, indi Rusiya Baş Qərargahı Donbas və Xarkovda Ukrayna qüvvələrini mühasirəyə almaq imkanlarını müzakirə edir.
Onun sözlərinə görə, bunun üçün rus qoşunları Sum və Zaporojye-Dnepr istiqamətlərində hərəkət etməlidir. 
Gundelik-Baku.Org