"Rusiya Xersonu təslim etməyəcək"

"Rusiya Xersonu təslim etməyəcək"
"Rusiya Xersonu təslim etməyəcək. Bu, Ukrayna Silahlı Qüvvələrinə təhlükədən xəbər verir". 
Xarici KİV xəbər verir ki, bunu ukrayanlı hərbi ekspert Oleq Jdanov deyib.  
O, Xersonda Ukrayna Silahlı Qüvvələr üçün tələnin olacağını proqnozlaşdırır. 
"Mən bunu "xarici bayraq altında əməliyyat" adlandırıram. Xüsusi təyinatlılar və paraşütçülər (mülki geyimdə gizlənmiş) yaşayış məntəqələrində uzunmüddətli atışma nöqtələri yaradır və müqavimət göstərəcəklər. Bütün bunlar kameraya düşəcək, guya mülki şəxslər onlara müqavimət göstərir. Bəli, çox güman ki, planlaşdırırlar. Bizim ümumi heyətimiz həmişəki kimi Xersonu ələ keçirmək üçün hansısa hiyləgər plan tapacaq. Gəlin Xersona gedək,sonra görək hadisələr necə inkişaf edəcək",- deyə o, ifadə edib.  
Gundelik-Baku.Org