Cari ildə doğum sayı isə 105 minə çatıb

Cari ildə doğum sayı isə 105 minə çatıb
Cari ildə 4 milyona yaxın notariat hərəkətləri aparılıb.
Bu barədə Ədliyyə naziri, Məhkəmə, Hüquq Şurasının sədri Fikrət Məmmədovun mətbuatda dərc edilən məqaləsində qeyd edilib.
Belə ki, notariat hərəkətləri çərçivəsində 240 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. İnsanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb.
Nikahın sayı 52 mini ötüb, boşanmalar azalıb. Qeydə alınmış doğumun sayı isə 105 minə çatıb, ölüm faktları isə 20 faizədək enib.
Nazirliyin yaratdığı “Mobil notariat” tətbiqinin istifadəçilərinin sayı təxminən yarım milyona çatıb. Tətbiq vasitəsi ilə gündəlik 1 000-ə yaxın notariat əməliyyatları aparılır və onun ictimaiyyət üçün tələbli olması nəzərə alınaraq funksionallığı genişləndirilir.
Gundelik-Baku.Org