İranda islahatçı partiyanın sədri 12 il müddətinə həbs olundu

İranda islahatçı partiyanın sədri 12 il müddətinə həbs olundu
İranda Xalq İslahat Partiyasının baş katibi və din xadimi Məhəmməd Zare Fuməni azadlıqdan məhrum edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, barəsində təhlükəsizlik məsələləri ilə bağlı bir neçə ittiham irəli sürülən Fuməni oktyabrın 9-da həbs edilərək Tehranın Evin zindanının 209-cu bölməsinə aparılıb və bir ay təkadamlıq kamerada saxlanılıb. Məhkəmə qərarı ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məhəmməd Zare Fuməninin işinə yenidən baxan Xüsusi Ruhani Məhkəməsi də ilkin qərarı qüvvədə saxlayıb.
O da vurğulanır ki, Fuməni mühafizəkar İbrahim Rəisinin prezident seçilməsindən sonra narazılar sırasına qoşulub.

 
Gundelik-Baku.Org