"Adidas" Rusiyadakı mağazalarını bağlayır

"Adidas" Rusiyadakı mağazalarını bağlayır
Rusiyada idman geyimləri və ayaqqabılarının pərakəndə satışı ilə məşğul olan "Adidas" satış yerlərini bağlayır.
Xarici KİV xəbər verir ki, şirkətin məlumatına görə, pərakəndə satıcı Rusiyada 800-ə yaxın mağazanı tərk edir. 
Qeyd olunub ki, şirkət mağazalarını yazda bağlayıb. Bu müddət ərzində obyektlər üçün satıcıdan icarə haqqı tutulur, bu isə pərakəndə satışçının itkiyə məruz qalması deməkdir. 
Gundelik-Baku.Org