Məktəbli bu hadisədən sonra KİTAB YAZDI

Məktəbli bu hadisədən sonra KİTAB YAZDI
İngiltərədə bir məktəbli bestsellerə çevrilən fantastik roman yazıb. 
Bu barədə “Good News Network” saytı məlumat yayıb. 
16 yaşlı Dylan Brennan kitab yazmaq qərarını karantin vaxtı verib. O, 2020-ci ilin aprelində video oyunlarına çox vaxt sərf etdiyinin fərqinə varıb. Bununla da oyunları dayandıraraq kitab yazmağa başlayıb. Yazdığı romanı 9 aya tamamlayıb. Amma kitabın son versiyası bu ilin oktyabr ayında çap olunub. 
Brennanın sözlərinə görə, kitabı yazarkən çox sevdiyi Martin, Tolkien, Sapkovski kimi yazıçılardan ilhamlanıb. Romanın hekayəsi məktəblinin yaxın dostu, kitabda kral obrazı olan Emannar Vudgerdi və sui-qəsd planının üstünü açan baş qəhrəman Lord Saymon Pargion ətrafında cərəyan edir. 
Dylan deyir ki, artıq İspaniya, Almaniya, ABŞ və Avstraliyadakı satışlardan 150 dollar qazanıb. Ancaq onun kitabını alanların sayı hər gün artır.
Onu da qeyd edək ki, Brenna artıq ikinci kitabı yazmağa başladığını açıqlayıb və bu hekayə də cinayət mövzusunda olacaq.  
Gundelik-Baku.Org