Çamadanında timsahla hava limanına girdi

Çamadanında timsahla hava limanına girdi
Almaniyada 42 yaşlı kişinin çamadanında timsah tapılıb.
Xarici mətbuat xəbər verir ki, Almaniyanın Münhen hava limanında çamadanları yoxlayan işçilər, 42 yaşlı bir kişinin çamadanında canlı bir timsah tapıblar.
Məlumata görə, çamadandakı timsah albino növünə aiddir və uzunluğu təxminən 60 sm-dir.
Çamadanın sahibi qanunları pozduğuna görə cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, nadir albino timsahlarının 75.000 dollara satılır.
Gundelik-Baku.Org