Dünyaca məşhur rejissordan süni intellektlə bağlı çağırış

Dünyaca məşhur rejissordan süni intellektlə bağlı çağırış
“Başlanğıc”, “Polad adam”, “İnterstellar” və “Betmen” haqqında filmlər, eləcə də “Oppenheymer” serialının rejissoru kimi tanınan Kristofer Nolan süni intellektin təcrübələrinin son dərəcə təhlükəli olduğunu deyib.
O, süni intellektin inkişaf tempindən narahatdır və bu sahədə nəzarətsiz sınaq keçirənləri məsuliyyətə cəlb etməyə çağırıb.
Dünyaca məşhur rejissor sürətlə inkişaf edən texnologiya ilə nüvə bombasının yaradılmasından bəhs edən filmindəki hadisələr arasında müqayisə aparıb.
“Son 15 ildə “alqoritm” kimi sözlərin riyazi mənada nə demək olduğunu bilmədən istifadə edən şirkətlərin sayının artması qorxuludur. Bu adamlar alqoritmin nə olduğunu bilmirlər. Süni intellektlə bağlı da məsələ belədir və bu, qorxunc perspektivdir. Ən azı ona görə ki, süni intellekt sistemləri sonda müdafiə infrastrukturuna daxil olacaq, nüvə silahlarına görə məsuliyyət daşıyacaqlar. Etiraf etmək lazımdır ki, süni intellekt ona sahib olan, proqramlaşdıran və istifadə edən şəxsdən ayrı bir varlıqdır. Biz insanları əllərində olan alətlərlə etdiklərinə görə məsuliyyətə cəlb etməliyik”, - Kristofer Nolan bildirib.
Mənbə: kinonews.ru
Gundelik-Baku.Org