Süni intellekt texnologiyaları BƏŞƏRİYYƏTİ YOX EDƏCƏK

Süni intellekt texnologiyaları BƏŞƏRİYYƏTİ YOX EDƏCƏK
ABŞ-ın Süni İntellektin Təhlükəsizliyi Mərkəzi və digər ekspert qrupları süni intellekt texnologiyalarının inkişafının bəşəriyyətin yox olması təhlükəsi yaratdığı barədə xəbərdarlıq ediblər.
Bu barədə "Associated Press" məlumat yayıb. 
Bildirilib ki, belə bir hadisələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. Mütəxəssislərin fikrincə, süni intellekt sayəsində məhv olmaq riskinin azaldılması pandemiya və nüvə müharibəsi kimi digər təhlükələrlə yanaşı qlobal prioritet olmalıdır.
Onlar həmçinin bu mövzuda müzakirələrə başlamağa və qabaqcıl AI texnologiyalarından gələn təhlükələrə ciddi yanaşan ekspertlərin və ictimai xadimlərin sayının artması barədə danışıqlara çağırıblar.
"Associated Press"in yazdığı məlumata görə, bundan əvvəl "Twitter", "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask, eləcə də 1000-dən çox elmi tədqiqatçı və texniki mütəxəssis proqramın altı ay müddətinə süni intellektin inkişafının dayandırılmasını tələb edən məktub imzalayıb. Onlar hesab edirlər ki, bu, cəmiyyət və bəşəriyyət üçün ciddi risklər yaradır.
Gundelik-Baku.Org