Almaniyada “ChatGPT” çatbotu kilsədə xütbə dedi

Almaniyada “ChatGPT” çatbotu kilsədə xütbə dedi
Almaniyanın Fyürt şəhərində Müqəddəs Pavel Kilsəsində süni intellekt xütbə oxuyub. Almaniya Evangelist Kilsəsi Konqresi çərçivəsində keçirilən tədbir böyük marağa səbəb olub.
Bildirilir ki, bütün ritual ikisi kişi, ikisi qadın cinsindən dörd fərqli avatarla həyata keçirilib. Moizənin əsas mövzusu tərəqqi, ölüm qorxusuna qalib gəlmək və imanı yaşatmaq olub.
“Əziz dostlar, bu il Almaniyada keçirilən protestantların konqresinin ilk süni intellekt olaraq burada sizə xütbə oxumaq mənim üçün şərəfdir”, - deyə avatarlardan biri ayinə başlayıb.
Kilsə ziyarətçiləri süni intellektin verdiyi moizə ilə bağlı müxtəlif fikirlər söyləyiblər. Bəziləri xütbədə dəyərli məlumatlar olsa da, emosiyanın olmamasından şikayətləniblər.
Qeyd edilir ki, xütbələr, dualar və musiqidən ibarət 40 dəqiqəlik ayin “ChatGPT” və Vyana Universitetinin ilahiyyatçısı Conas Simmerleyn tərəfindən hazırlanıb.





Gundelik-Baku.Org