Dövlət büdcəsinə vergi daxilolmaları 65 faizə yaxın artıb - Nazir

Dövlət büdcəsinə vergi daxilolmaları 65 faizə yaxın artıb - Nazir
2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 10.451,4 mln. manat olub.
Bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, həmin vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.097,0 mln. manat və ya 64,5% çoxdur
"Vergi daxilolmalarındakı dinamika iqtisadi bərpanın və iqtisadiyyatda şəffaflığın təşviqinin nəticəsidir", - M.Cabbarov yazıb.
Gundelik-Baku.Org