"Sənəd demək olar ki, hazırdır" - Rusiya üçtərəfli görüşdən danışdı

"Sənəd demək olar ki, hazırdır" - Rusiya üçtərəfli görüşdən danışdı
Rusiya baş nazirinin müavini Aleksey Overçuk regional münasibətlərin blokadadan çıxarılması üzrə komissiyanın üçtərəfli iclasının nəticələrini şərh edib. 
Rusiya KİV xəbər verir ki, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada baş tutan danışıqlar 9 saat davam edib. 
"Mətn hazırlığın son mərhələsindədir. Sənəd demək olar ki, hazırdır. Lakin hələ müzakirə edilməli olan iki-üç mübahisəli məqam var, amma dəmir yolunun keçəcəyi məqamlar razılaşdırılıb. Biz bunu aradan qaldırdıq, yükün gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldik", - Overçuk bildirib.
Siyasətçinin sözlərinə görə, hər üç tərəf kommunikasiya əlaqələrinin tezliklə başlamasına hazırdır. 
Gundelik-Baku.Org