"Münasibətlərin normallaşması üçün ciddi ilkin şərtlər var" - Prezident

"Münasibətlərin normallaşması üçün ciddi ilkin şərtlər var" - Prezident
"Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün ciddi ilkin şərtlər var". 
Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası zamanı deyib. 
Ölkə lideri vurğulayıb: "Ermənistan və Azərbaycan arasında münasibətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşması üçün ciddi ilkin şərtlər var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək".
Gundelik-Baku.Org