"Ən son alman texnologiyasından istifadə olunub" deyilən yoldan xalça çıxdı

"Ən son alman texnologiyasından istifadə olunub" deyilən yoldan xalça çıxdı
Hindistanda inşaatçılar yola asfalt çəkmək əvəzinə xalça səriblər.
Xarici KİV xəbər verir ki, məsul şəxslər işin daha inandırıcı görünməsi üçün onu asfalt qırıntıları ilə doldurdular.
Məlumata görə, yerli sakinlər uzun müddətdir ki, məmurlardan yolların təmir olunmasını xahiş edirlər. Təmir işlərinə ötən ay başlanılıb.  
Təmir şirkəti iddia edir ki, yolun tikintisində ən son alman texnologiyasından istifadə olunub.
Gundelik-Baku.Org